İnsanlara hürriyət, millətlərə istiqlal!

Ramiz Mehdiyev yeni rəhbəri vəzifədən azad etdi

“Bank BTB” ASC-nin Müşahidə Şurasının tərkibində dəyişiklik olub.

Musavat.com “Ölkə.Az”a istinadən xəbər verir ki, Bankın MŞ-nın üzvü Rövşən Fərhad-zadə vəzifəsindən azad olunub.

Qeyd edək ki, o, bu vəzifəyə ötən il martın 13-də təyin olunmuşdu.

Hazırda “Bank BTB” ASC-nin Müşahidə Şurası sədr və bir üzvdən ibarətdir.

Xatırladaq ki, “Bank BTB”nin səhmlərinin 74,99%-i Nigar Mehdiyevaya, 19,01%-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 6%-i isə Tükəzban Mahmudovaya məxsusdur. Mətbuatda Nigar Mehdiyevanın Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin gəlini olduğu qeyd olunur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2025

27 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR