Onlayn ictimai-siyasi qəzet
Cəlilabad rayonunun Moranlı kəndində quyuya düşərək boğulan ata və qızının ölümü ilə bağlı təfərrüatlar məlum olub.
1981-ci il təvəllüdlü Həsənağa Məmmədov dərinliyi təxminən 15 metr olan su quyusuna düşən qızı 2004-cü il təvəllüdlü Məmmədova Nəsibəni oradan xilas etmək istəyərkən özü də quyuya düşərək boğulub.
Qızın quyuya düşərkən evdə heç kim olmayıb. Qonşu kəndə qonaq gedən ata evə gəldikdən sonra qızını axtarmağa başlayıb. Sonra onun ayaqqabılarını quyunun kənarında görüb. Qızının quyuya düşdüyünü müəyyən edən ata dərhal su şlanqı ilə onu çıxarmağa çalışıb. Lakin şlanq qırıldığından o da boğulub.
Kənd sakinlərinin məlumatına görə, qız həmişə quyudan kəndir vasitəsi ilə su çəkirmiş. O boğulan zaman evin xanımı Bakıda müalicədə olub.
Qeyd edək ki, dünyasını dəyişən N.Məmmədova nişanlı imiş. (Report)
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ