“Qürbətdə yaşayan həmvətənlilərim mənə həmişə sual verirdilər ki, niyə musiqi platformalarında mənim ifa etdiyim musiqilər yoxdur”.
Bu sözləri sosial şəbəkə hesabında müğənni Samir Bağırov yazıb. O bildirib ki, səsləndirdiyi mahnılar musiqi platformalarına yüklənib:
“İnanırsınız, bilmirəm niyə… Yəqin başım çıxmır… Amma artıq var! Musiqi şirkəti ilə bütün köhnə mahnılarımı yenidən remasteriq edərək yayımladıq. Bəziləri artıq dərc olunub, bəziləri isə il sonuna qədər dərc olunacaq… Retro hisslərə qapılmaq istəyənlər və mənim sənətimin pərəstişkarları üçün… Dinləyin! Artıq bütün rəqəmsal platformalarında!” (olay)
ŞƏRHLƏRŞƏRH YAZ