İnsanlara hürriyət, millətlərə istiqlal!

Qurban Qurbanov "Dinamo Zaqreb"ə məğlubiyyəti şərh etdi

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Xorvatiya təmsilçisi “Dinamo”ya (Zaqreb) qarşı UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra fikirlərini bölüşüb.

Təcrübəli mütəxəssis 0:3 hesablı məğlubiyyətdən sonra baş tutan mətbuat konfransında bunları deyib:

“Əfsuslar olsun ki, böyük hesabla məğlub olduq. Rəqib komandanın gücünü bilirdik. Baxmayaraq ki, oyuna pis hazırlaşmamışdıq. Hesabda geridə olmağımıza baxmayaraq, futbolçularım çəkinmədən mübarizə apardılar. Bu, mənim çox xoşuma gəldi. Buraxdığımız üçüncü qol artıq oldu. Lakin 3:0 qalib gəliblərsa, deməli bunu haqq ediblər. “Dinamo”nu qələbə münasibəti ilə təbrik edirəm. Bu görüşün cavab oyunu var. Baxmayaraq ki, heyətdəki itkilərimiz davam edir. Bu hal bizə problem yarada bilər. İstənilən halda, cavab matçına hazırlaşacağıq. Azarkeşlərimizə yaxşı oyun göstərmək istəyirik. İlk matçda buraxdığımız səhvləri cavab görüşündə düzəltməyə çalışacağıq”.

“Qarabağ” və “Dinamo” arasında cavab qarşılaşması avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək./Fanat.Az/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR