İnsanlara hürriyət, millətlərə istiqlal!

Quraqlıq səbəbindən fövqəladə vəziyyət ELAN EDİLDİ

Zimbabve prezidenti Emerson Mnanqaqva “El Nino” iqlim fenomeninin yaratdığı quraqlıq səbəbindən ölkədə fövqəladə vəziyyət elan edib.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Mnanqaqvanın “X” sosial şəbəkəsindəki səhifəsində dərc olunmuş mesajda deyilir.

Dövlət başçısı hesab edir ki, quraqlığın nəticələrini yumşaltmaq üçün Zimbabveyə 2 milyard dollar lazımdır:

"Zərər çəkmiş icmalara kömək etmək və bu təbii fəlakətin təsirini azaltmaq üçün resursları səfərbər edirik".

Prezidentin sözlərinə görə, ekvatorial Sakit okeanda səth sularının temperaturunun dəyişməsi ilə əlaqədar “El Nino” Zimbabvedə ağır qida çatışmazlığına səbəb olub.

Hesablamalara görə, 2024-cü ildə ölkədə 2,7 milyon insan ərzaq çatışmazlığı ilə üzləşə bilər.

Ümumdünya Meteorologiya Təşkilatının hesablamalarına görə, 2023-cü il tarixdə ən isti il ​​olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR