İnsanlara hürriyət, millətlərə istiqlal!

Quraqlıq ABŞ-da 1 milyon nəfəri susuz qoyur



ABŞ-ın Luiziana ştatında baş verən anormal quraqlıq bölgənin ən böyük şirin su təminatçısı olan Missisipi çayında suyun görünməmiş həddə azalmasına gətirib çıxarıb. Çayda suyun azalması fonunda anomal istilərin davam etməsi suyun duzluluq səviyyəsini də artıraraq onu istifadə üçün yararsız hala gətirir.

Musavat.com “NBC News”a istinadən xəbər verir ki, artıq Yeni Orleanda su çatışmazlığına görə fövqəladə vəziyyət elan olunub: “Yeni Orlean quraqlıqdan əziyyət çəkən Missisipi çayında içməli su ilə bağlı fövqəladə vəziyyətə hazırlaşır. Uzun müddət davam edən quraqlıq şəraiti Missisipinin səviyyəsini anormal dərəcədə aşağı saxlayır “.

Qeyd olunur ki, çayın axım sürəti azaldığından Missisipinin axdığı Meksika körfəzindən duzlu sular çayla geriyə doğru hərəkət edərək şirin suya qarışmağa  başlayıb. Nəticədə təkcə Yeni Orleanın özünün deyil, həm də ümumi əhalisi bir milyona yaxın olan ətraf ərazilərin təchizatı üçün təhlükə yaranıb. Əhalinin yaxın həftələrdə təhlükəsiz içməli su əldə etməkdə çətinlik çəkəcəyini nəzərə alan  şəhər hakimiyyəti fövqəladə vəziyyət elan edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR