İnsanlara hürriyət, millətlərə istiqlal!

Quranı yandıran şəxsin Kadırovun oğlu tərəfindən döyülməsi qalmaqalı

Rusiya Prezidenti yanında İnsan Hüquqları Şurasının sədri Valeri Fadeyev bildirib ki, Quranın yandırılması şəklində təxribatlar yolverilməzdir, lakin təqsirləndirilən şəxslərin həbsdə saxlanması qaydaları var. O, Ramzan Kadırovun yaydığı və Quranı yandıran şəxsin döyülməsini əks etdirən videoya da münasibət bildirib.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, Fadeyev Quranın yandırılmasının qanuna uyğun olaraq cəzalandırılmalı olan ağır cinayət olduğunu deyərək vurğulayıb ki, bir çox dinlərin və məzhəblərin olduğu ölkədə bu cür təxribatlar yolverilməzdir.

Eyni zamanda Şura sədri onu da qeyd edib ki, təqsirləndirilən və şübhəli bilinən şəxslərin həbsdə saxlanma qaydaları var ki, onlara ciddi əməl olunmalıdır. O, Quranı yandırmaqda təqsirləndirilən şəxsə qarşı ədalətli mühakimə olunacağına ümid etdiyini bildirib.

İnsan Hüquqları Şurasının üzvü Marina Əhmədova da videoya reaksiya verib. O, Telegram kanalında yazıb: "Şimali Qafqazda göstərdiyi köməyə görə Kadırova minnətdarlığıma baxmayaraq, müdafiəsiz vəziyyətdə olan şəxsin döyülməsi ilə razılaşmıram. Bu, məni qəzəbləndirir". O, həmçinin vurğulayıb ki, heç bir dinin təhqir edilməsi qanunun pozulmasına haqq qazandıra bilməz və cəzanı Kadırovun oğlu deyil, məhkəmə təyin etməlidir. O, bir insanın zəifliyindən istifadə edərək ona zərər vurmağın yolverilməz olduğu fikrini də ifadə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR