İnsanlara hürriyət, millətlərə istiqlal!

Qüdrət Həsənquliyevdən Baş nazirə SUALLAR

Milli Məclisin iclasında söz alan deputat Qüdrət Həsənquliyev yenidən Baş nazir vəzifəsinə təsdiqlənən Əli Əsədova konkret suallarla müraciət edib.

Bu barədə Musavat.com xəbər verir.

“Hörmətli Əli müəllimə mənim də hörmətim var, amma ona ünvanlanacaq suallarım da var”, - Q.Həsənquliyev deyib.

Deputatın sözlərinə görə, Prezident fevralın 14-də andiçmə mərasimində qeyd edib ki, Azərbaycanda yeni bir dövr başlayır:

“Əli müəllimdən soruşmaq istəyirəm ki, bu dövr özünü nədə ehtiva edəcək və nədə göstərəcək? İkincisi, hökumət repetitorluğun qarşısının alınması üçün hansısa addımlar atmaq barədə düşünürmü? Cənab Prezident söylədi ki, biz Türkiyə, türk dövlətləri ilə daha sıx inteqrasiya olunmalıyıq, bu baxımdan Türkiyə ilə ümumi bazar yaradılması barədə hər hansı bir ideya, düşüncələr, fikirlər varmı? Bundan başqa, hesab edirəm ki, kasıb insanların nə Əli müəllimə, nə də bizim hökumət üzvlərinə pisliyi keçib. Ona görə soruşmaq istəyirəm: quru sərhədləri nə vaxt açılacaq? Məsələn, insanlar nə vaxt qohumlarını ziyarət etmək üçün Gürcüstana gedə biləcəklər?”

Spiker Sahibə Qafarova bildirib ki, bir müddət sonra hökumətin parlament qarşısında hesabatı olacaq və sualları həmin iclasda da hökumətə ünvanlamaq olar.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR