İnsanlara hürriyət, millətlərə istiqlal!

Qubada qanunsuz kömür quyusu aşkarlanıb

Quba Rayon Polis Şöbəsi, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının keçirdiyi növbəti nəzarət tədbirləri zamanı qanunsuz yolla istismar edilən kömür quyusu aşkarlanıb.

Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, qanunsuz kömür istehsal edən şəxsin rayonun Rustov kənd sakini Hafiz Bayramov olduğu müəyyənləşib. Faktla bağlı protokol tərtib olunub, təqsirkar şəxs barəsində qanunamüvafiq tədbir görülüb və aşkar olunan kömür quyusu ləğv olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR