Onlayn ictimai-siyasi qəzet
Oxot dənizində 67 gün sürükləndikdən sonra sağ qalan 46 yaşlı Nikolay Piçuqin balıqçılar tərəfindən xilas edildikdən sonra ilk şərhini verib.
BAKU.WS "REN TV"yə istinadən xəbər verir ki, o, özünü yaxşı hiss etdiyini və yavaş-yavaş düzəldiyini bildirib.
Maqadan regional xəstəxanasının sözlərinə görə, Piçuqin artıq həyat yoldaşı ilə də əlaqə saxlayıb.
Xatırladaq ki, Piçuqinin reanimasiyadan ilk görüntüləri daha əvvəl yayılmışdı. Bildirilib ki, sağaldıqdan sonra kişi Buryatiyadakı ailəsinin yanına qayıtmağı planlaşdırır.
Çərşənbə axşamı, oktyabrın 15-nə keçən gecə gəmidə olan üç nəfərdən yeganə sağ qalan Piçuqinin olduğu qayıq Oxot dənizində balıqçılar tərəfindən görülüb. Məlum olub ki, avqustun əvvəlində adam, qardaşı və bacısı oğlu ilə birgə balinaları görmək üçün Şantar adalarına gediblərmiş. Piçuqinin və onun iki qohumunun cəsədinin olduğu qayıq iki aydan sonra, Oxa şəhərindən min kilometr aralıda tapılıb.
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ