İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qızın gözləri qarşısında anasını..." - Ölüm qoxan şəhərdə DƏHŞƏT

Xəbər verdiyimiz kimi, sentyabrın 10-da Liviyanın şərqini vuran "Daniel" fırtınası Benqazi, Beyda, Mərc, Suse və Derna şəhərlərində daşqınlara səbəb olub.

Musavat.com xəbər verir ki, Derna şəhərində humanitar yardımların paylanmasına rəhbərlik edən İslami Yardım təşkilatı dünən bölgədəki vəziyyətlə bağlı açıqlama verib, fəlakətin və insanları gözləyən təhlükənin miqyasını açıqlayıb.

Qurumun bəyanatında bildirilir ki, axtarış qrupları dağıntılar altından və dənizdən cəsədləri çıxarmağa davam edir:

65058ac84e3fe0186cfb7d54.jpg (86 KB)

“Ölənlərin sayı çox fərqlidir; Birləşmiş Millətlər Təşkilatı 6 min adamın öldüyünü təsdiqlədiyi halda, Liviya Qızıl Aypara bu rəqəmin 11 minə yaxınlaşdığını bildirir. Derne Şəhər Bələdiyyə Başçısı ölənlərin sayının 20 minə çata biləcəyini təxmin edir. Ailələr sel suları tərəfindən kütləvi şəkildə məhv edilib. Sağ qalanlardan biri İslami Yardım Təşkilatına təbii fəlakətdə 60 yaxınını itirdiyini söyləyib".

İngiltərə İslami Yardım Təşkilatının direktor müavini Salah Abulgasem deyib:

"Dernadakı tərəfdaşlarımız gözləri qarşısında anasını sel aparılmış gənc qız görüblər. Qız o vaxtdan bəri az danışır və ancaq anasının harada olduğunu soruşur. Şəhərdən ölüm iyi gəlir... Demək olar ki, hər kəs doğmalarından birini itirib".

Məlumata görə, Dernada böyük insan tələfatı ilə yanaşı, 2200-dən çox bina, eləcə də yol və körpülər zədələnib və ya dağılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR