İnsanlara hürriyət, millətlərə istiqlal!

Qızıl satışı ilə bağlı yeni qayda - işbazların “qara bazarı”nın qarşısı necə alınacaq...

Azərbaycanda ümumi məbləği 15 min manatdan çox olan qiymətli daşlardan hazırlanan məmulatların alqı-satqısı nağdsız həyata keçiriləcək.

Bu, Prezident İlham Əliyevin oktyabrın 18-də təsdiqlədiyi "Qiymətli metallar və qiymətli daşlar haqqında" Qanuna edilən dəyişiklikdə əksini tapıb. Qanuna əsasən, qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatların və mədəniyyət məhsullarının alqı-satqısı üzrə ümumi məbləği on beş min manatdan artıq olan ödənişlər “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yalnız nağdsız qaydada həyata keçiriləcək.

Azərbaycanda ümumi məbləği 15 min manatdan çox olan qiymətli daşlardan hazırlanan məmulatların alqı-satqısı nağdsız həyata keçiriləcək.

Qeyd edək ki, Azərbaycanda “qara bazarı” daha böyük çəkiyə malik olan sahələrdən biri də məhz qızıl-zinət əşyalarının alqı-satqısı, idxalı və ixracıdır. Nağdsız alqı-satqı bu sahədə tənzimləmələrə səbəb olacaqmı? Yoxsa işbazlar vergidən yayınmaq üçün “qara bazarı” daha da genişləndirəcək? Buna nəzarət mexanizmləri tətbiq etmək mümkündürmü?

Mövzu ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov “Yeni Müsavat”a danışıb: “Qızıl-zinət əşyalarının alqı-satqısında nağdsız hesablaşmaların, ödənişlərin limitləşdirilməsinin əsas məqsədi əslində bu sektorda şəffaflığın artırılması ilə bağlıdır. Çünki nəticə etibarı ilə şəffaflığın genişləndirilməsi əsas prinsiplərdən biridir. Məqsəd də ondan ibarətdir ki, nağdsız hesablaşmalardan, ödənişlərdən daha çox istifadə olunsun. Bu da məhz həmin dövriyyənin rəsmiləşməsinə və bu dövriyyədən dövlət büdcəsinə daha çox vəsaitin daxil olmasına imkan yarada bilər”.

Vüqar Bayramov: “Nazirlər Kabinetinin Qərarı sahibkarlar üçün prosedurları  asanlaşdırır”

Vüqar Bayramov: "Nağdlı ödənişlərin limitləşdirilməsi heç də "qara bazar"ın genişlənməsinə deyil, həmin sahənin "ağarmasına" və şəffaflığın güclənməsinə səbəb olacaq"

Vüqar Bayramov qeyd edib ki, bu məsələdə nəzarət mexanizmləri var: “Əvvəlki sektorlarda tətbiq olunan nağd ödənişlərlə bağlı limitlər və limitlərdən sonrakı monitorinqlər göstərir ki, belə limitlərin müəyyənləşdirilməsi sektorun şəffaflaşmasına imkan yaradır. Ona görə də nağdlı ödənişlərin limitləşdirilməsi heç də "qara bazar"ın genişlənməsinə deyil, həmin sahənin “ağarmasına” və şəffaflığın güclənməsinə səbəb olacaq.

Nəzərə alsaq ki, Dövlət Vergi Xidməti tərəfindən bu sahədə nəzarətin gücləndirilməsi həyata keçirilib, bu baxımdan bu da  onu deməyə əsas verir ki, yeni qaydalar  qızıl-zinət əşyalarının alqı-satqı sektorunda şəffaflığın gücləndirilməsinə xidmət edəcək".

Natiq Cəfərli: “Hökumətimiz biznesi özünə təhlükə görür” » Reyting.az

Natiq Cəfərli: "Bu məsələdən yan keçməyin kifayət qədər yolu var, ona görə də..."

İqtisadi ekspert Natiq Cəfərli isə deyib: “Qızıl-zinət əşyalarının alqı-satqı bazarı "boz bazar"dır, yəni tam “qara bazar” demək olmaz. O mənada ki, orada fəaliyyət göstərən insanlar hətta bəzən tanışlar vasitəsi ilə evdə alış-veriş edirlər.

Bəs indi nağdsız alqı-satqı bu sahədə tənzimləmələrə səbəb olacaqmı? Sözün düzü, bu barədə konkret söz demək olmur. Çünki əgər müştəri hansısa zinət əşyasını bəyənəcəksə, həmin an onu orada almaya da bilər, yəni satıcı alıcını evinə dəvət edib, alqı-satqını evində edib, məsələni rəsmiləşdirməyə bilər. Yəni bu bir qədər çətin məsələdir. Hesab edirəm ki, ona görə bu məsələni daha çox dəyəri 15 min manatdan çox olan zinət əşyalarına şamil ediblər. Çünki həcm olaraq dəyəri 15 min manatdan çox olan zinət əşyaları az satılır. Bu nöqteyi-nəzərdən bəli, bu məsələdə müəyyən irəliləyişə, dəyişikliyə nail olmaq olar. Lakin düşünmürəm ki, bu məsələ kifayət edəcək, çünki bundan yan keçməyin xeyli yolları var".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR