Onlayn ictimai-siyasi qəzet
2024-cü ilin əvvəlindən ABŞ-də parvovirus hallarında böyük artım qeydə alınıb.
Musavat.com sfera.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzindən (CDC) açıqlama verilib.
Bildirilib ki, son iki ildə xəstəliyə yoluxma hallarının sayı artıb və 5-9 yaşlı uşaqlarda parvovirusun nisbətində 40 faiz artım müşahidə olunub. Bu virus daha çox qızdırma, baş ağrısı, oynaq ağrısı və səpki kimi simptomlarla özünü göstərir.
Açıqlamada virusa qarşı peyvəndin hələ hazırlanmadığı vurğulanıb və xəstəliyə qarşı diqqətli olmaq barədə xəbərdarlıq edilib.
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ