İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırğızstan bankları bir-birinin ardınca Rusiya bankları ilə əməliyyatları dayandırır

Qırğızıstan Maliyyə Nazirliyinə məxsus olan Keremet Bank müvəqqəti olaraq Rusiya bankları vasitəsilə pul köçürmələrini dayandırıb.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bankın yaydığı açıqlamada Rusiya bankları Sberbank, MTS Bank, Tbank (Tinkoff) və Rusiya milli ödəniş sisteminin operatoru NSPK ASC-nin mobil proqramları vasitəsilə hər iki istiqamətdə pul köçürmələrinin qeyri-müəyyən müddətə dayandırıldığı bildirilir.

Eyni zamanda bank qeyd edir ki, beynəlxalq pul köçürmə sistemləri vasitəsilə köçürmələr həyata keçirilir: Zolotaya Korona, Astrasend, Western Union, Unistream və Ria.

Qeyd edək ki, avqustun 19-da Qırğızıstanın MBankı Rusiya bankları vasitəsilə pul köçürmələrini dayandırdığını açıqlayıb. Bildirilib ki, Sberbank, Tinkoff və MTS daxil olmaqla, Rusiya bankları vasitəsilə pul köçürmələri hər iki istiqamətdə dayandırılıb. Daxil olan köçürmələr rubl rekvizitlərindən istifadə edilməklə, yalnız sanksiyalara məruz qalmayan banklar vasitəsilə həyata keçiriləcək.

MBank Qırğızıstanın ən böyük kommersiya banklarından biridir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR