İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırğızıstanın təşəbbüsü ilə Ağdamda orta məktəb inşa ediləcək

Qırğız Respublikasının təşəbbüsü ilə işğaldan azad edilən Ağdam rayonunun Xıdırlı kəndində orta məktəb inşa ediləcək.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Qırğız Respublikasının xarici işlər naziri Ceenbek Kulubayev ilə görüşündə bildirilib.

"Qırğızıstanın sülh və quruculuq prosesinə dəstəyi təqdirəlayiqdir, habelə Qırğız Respublikasının təşəbbüsü ilə Ağdamın Xıdırlı kəndində inşa ediləcək orta məktəb bu dəstəyin bariz nümunəsidir", - məlumatda qeyd edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR