İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırğızıstanda valideynlərini saxlamayan övladlar cinayət məsuliyyətinə cəlb ediləcək

Qırğızıstan parlamenti Cinayət və Ailə məcəllələrinə və “Dövlət dövlət qulluğu və bələdiyyə qulluğu haqqında” qanuna dəyişiklikləri birinci oxunuşda təsdiqləyib.

Musavat.com 24.kg saytına istinadla xəbər verir ki, deputat Tazabek İkramovun təşəbbüsü ilə hazırlanan qanun layihəsi övladların öz valideynlərini dolandırmaqdan yayınmasına və onları qocaları evinə verməyə görə 100 min soma (535 min tenge) qədər cərimə və ya 1 ildən 2 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasının tətbiqini nəzərdə tutur.

Təşəbbüskar ata-anasına əhəmiyyət verməyən şəxslərin dövlət qulluğuna qəbul edilməməsini də təklif edir.

Məsələyə baxan 71 deputat dəyişiklik layihəsinin birinci oxunuşda qəbul edilməsinə səs verib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR