İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırğızıstanda oktyabrın 1-dən pensiyalar artacaq – Fərman verildi

Qırğızıstan prezidenti Sadır Japarov oktyabrın 1-dən ölkədə pensiyaların artırılması haqqında fərman imzalayıb. Bu barədə Qırğızıstan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, Qırğız Respublikasının Prezidenti Sadır Japarov “2023-cü il oktyabrın 1-dən pensiyaların sığorta hissələrinin ölçüsünün indeksləşdirilməsi haqqında” fərman imzalayıb.

Mətbuat xidmətinin məlumatına görə, fərman pensionerlərin sosila vəziyyətinin yaxşılaşdırılması məqsədi daşıyır. Sənədə əsasən pensiyanın 30 min soma (təxminən 340 dollar) qədər olan sığorta hissəsi gələn aydan orta hesabla 38 faiz, lakin “ən azı 500 som” (5,7 dollar) artacaq. "Artımın dəqiq məbləği hər bir pensiyaçının pensiyasının sığorta hissəsinin həcmindən asılı olacaq", - məlumatda deyilir.

Prezidentin fərmanının icrası üçün ölkənin Sosial Fondundan 3,9 milyard som (təqribən 44,3 milyon ABŞ dolları) məbləğində vəsait ayrılacaq.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR