İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırğızıstanda kok-boru oyunu iğtişaşla başa çatıb - Prezident baxa-baxa qalıb

Qırğızıstanın Oş vilayətinin “Toloikon”  ippodromunda Kok-Boru üzrə Prezident kubokunun finalı iğtişaşlarla başa çatıb.

Musavat.com yerli KİV-in məlumatına əsasən xəbər verir ki, finala 40 mindən çox tamaşaçı toplaşıb, onların arasında dövlət başçısı Sadır Japarov, baş prokuror Kurmankul Zuluşev və Ali Məhkəmənin sədri Zamirbek Bazarbekov da olub. Ancaq tamaşaçılar hakimlikdən narazı qalıb və iğtişaş törədiblər.

Finalda “Dostuk” və “İntımak” komandaları iştirak edib. Oyunun nəticələrinə görə, qələbə “İntımak”a verilib, lakin azarkeşlər hakimin bu qərarı ilə razılaşmayıblar. Hakimin üzərinə plastik butulkalar atılıb.  Sosial şəbəkələrdə yayılan görüntülərdə polis əməkdaşlarının döyülən şəxsi meydandan necə apardığını görmək olar.

Amma tamaşaçılar sakitləşməyərək təcili yardım maşınına daş atıb, bütün şüşələri sındırıblar. Daha sonra izdiham maşının hərəkətinə mane olub. Video müəllifinin şərhindən belə başa düşmək olar ki, iğtişaşçılar salonda hakim axtarırmış.

Səhiyyə Nazirliyinin məlumatına görə, Toloykon ippodromunda baş verən iğtişaşlar nəticəsində 100-dən çox insan xəsarət alıb. İki nəfər xəstəxanadadır: biri kokboruçu, digəri hüquq-mühafizə orqanının əməkdaşıdır. İdmançının iğtişaşlar zamanı deyil, oyun zamanı xəsarət aldığı bildirilir.

Agentliyin məlumatına görə, yerləşdirilən tibbi çadırlarda daha 100-ə yaxın insana yerindəcə ambulator yardım göstərilib.

Axşama yaxın vəziyyət sabitləşib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR