İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırğızıstan prezidenti qazax aşığa at verdi, tənqid olundu

Qırğızıstan prezidenti Sadır Japarov özünün qazaxlarla qohumluğu haqqında danışıb və niyə qazaxıstanlı akına (ozan) damazlıq ayğır verdiyini açıqlayıb.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Kok-Boru üzrə dünya kubokunun açılışında qazax akın Birjan Kaldıbayevin çıxışından sonra Qırğızıstan rəhbəri sənətçiyə safqanlı cins at vəd edib.

Qazaxıstan Ayıskerlər (deyişən aşıqlar) Birliyinin birinci müavini bu akt tənqid edib.

Sadır Japarov bu hədiyyə ilə qırğızlarla da münasibəti olan gənc ozanı dəstəklədiyini açıqlayıb və onun soyunda qazax köklərinin olduğunu xatırladıb. 

“Qazaxlar və qırğızlar bir-birini dəstəkləməlidir. Hazırda dünyada vəziyyət gərginləşir. Xalqlarımız arasında nifaq salmağa çalışanlar da var. Belə səhvlərdən uzaq olmalıyıq. Gəlin möhkəm dostluğumuzu qoruyaq”, - deyə Sadır Cəfərov bildirib.

Avqustun ortalarında İssık-Kulda Qırğızıstan prezidentinin gənc akınla görüşdüyü Kok-Boru üzrə ilk dünya kuboku keçirilib. Burada səkkiz ölkədən komanda iştirak edib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR