İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəzzanın blokadası bu vaxta qədər DAVAM EDƏCƏK

HƏMAS silahlılarının hücumu zamanı girov götürülən israillilər evlərinə qayıdana qədər Qəzza zolağı işıqsız və susuz qalacaq.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu İsrailin energetika naziri İsrael Katz bildirib.

nazir.jpg (80 KB)

Nazir əlavə edib ki, heç kim İsrailə əxlaq dərsi keçə bilməz.

"Qəzzaya humanitar yardım? Heç kim bizə əxlaq dərsi verməməlidir. Qaçırılan israillilər evlərinə qayıdana qədər heç bir elektrik açarı, su nasosu açılmayacaq, yanacaq maşını içəri girməyəcək", - deyə nazir "X"də yazıb. 

Qeyd edək ki, oktyabrın 11-də Qəzza zolağında yeganə elektrik stansiyası fəaliyyətini dayandırıb. 

Hesablamalara görə, Qəzza zolağında 100-150 israilli HƏMAS tərəfindən əsir saxlanılır. BMT mənbələrə istinadən bildirir ki, orada 50-100 arasında məhbus var. Onların taleyi hələ də məlum deyil.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR