İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəzzada 100 nəfərdən çox radikal saxlanılaraq dindirilmək üçün İsrailə aparılıb

İsrail ordusu Qəzza zolağında Fələstinin HƏMAS hərəkatı ilə əlaqəsi olan 100 nəfərdən çox radikalı saxlayıb.

“Report” xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Onlar dindirilmək üçün İsrailə göndərilib

“Son bir neçə gün ərzində İsrail Müdafiə Qüvvələri və Baş Təhlükəsizlik Xidmətinin birgə səyi nəticəsində 100 nəfərdən çox HƏMAS terrorçusu saxlanılaraq dindirilmək üçün İsrailə təhvil verilib”, - məlumatda bildirilir.

Bundan əvvəl İsrail Ordusu Qəzza zolağında quru əməliyyatı başlayandan 64 hərbi qulluqçunun öldüyünü bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR