İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəznədə çörək almağa gedən ruslar “Taliban” tərəfindən saxlanılıb

Axşam saatlarında Əfqanıstana çörək almağa çıxan ruslar “Taliban” silahlıları tərəfindən saxlanılıb.

Musavat.com xəbər verir ki, bu barədə turistlərdən biri öz Telegram kanalında yazıb.

Ulyanovsk sakini Aleksey Maraxovets bildirib ki, hadisə Qəznə şəhərində baş verib. O, müəllif qastrol səfəri çərçivəsində digər səyahətçilərlə birlikdə olub. Həmyerlilər şəhərdə yeganə işlək dükana çatıblar, lazım olan hər şeyi alıblar və otelə tərəf yollanıblar.

"Otelə qayıdarkən məni Taliban patrulu saxladı. Telefonlarında pasportlarımızı göstərdilər – bizik, biz deyilik? Mənə dedilər ki, otelə get”, - deyə Maraxovets yazıb.

Rus səyahətçinin yazdığına görə, oteldə onları başqa bir silahlı dəstə qarşılayıb: "Qeydiyyat bölməsində 20-30 dəqiqə içində qorxudan bozarmış oğlan vasitəsilə söhbət etdik, ancaq hər şey nəzakətli, təbəssümlə davam edirdi".

Məlum olub ki, hava qaraldıqdan sonra oteli tərk etmək təhlükəsizlik baxımından qadağandır. Səyahətçi vurğulayıb ki, belə diqqətin olması çox xoşdur: “Mən belə başa düşdüm ki, biz indi şəhərin əsas hadisələrindən biriyik. Bizim təhlükəsizliyimiz onlar üçün son dərəcə vacibdir”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR