İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəzaya uğrayan təyyarənin azərbaycanlı sərnişinlərindən birinin taleyi naməlum olaraq qalır

Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan "Azərbaycan Hava Yolları"na məxsus təyyarədəki sərnişinlərdən birinin Cəlilabad rayon sakini olduğu məlum olub.

"Report"un Muğan bürosunun məlumatına görə, o, 1997-ci il təvəllüdlü Qoşqar Firidun oğlu Sadıqovdur.

Q.Sadıqov rayonun Mirzəli kənd sakinidir. O, Qroznıda fəhlə kimi çalışırmış.

Onun yaralanması və ya həlak olması ilə bağlı hələlik məlumat yoxdur.

Qeyd edək ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus "Embraer" təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər yaralanıb. Hadisə ilə bağlı Azərbaycanda dekabrın 26-sı matəm günü elan edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR