İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəzaya uğrayan təyyarədə sağ qalanlardan birinin dayısı danışdı: "İlk dəfə idi..."


Qazaxıstanda qəzaya uğrayan təyyarənin sərnişinlərindən birinin dayısı İqbal Bayramov RİA Novosti-yə bildirib ki, o, bacısı oğlunu sosial şəbəkələrdə təyyarə qəzası yerindən çəkilmiş videodan tanıyıb.

Musavat.com-un məlumatına görə İqbal Məmmədov bildirib ki, o, sağdır.

İndi həmin şəxs təyyarənin enməli olduğu Qroznı hava limanındadır. Bacısı oğlu ilk dəfə idi ki, onu ziyarət etmək üçün uçurdu. Bayramovun sözlərinə görə, 21 yaşlı oğlan sonuncu dəfə səhər tezdən əlaqə saxlayıb, uçmağa hazırlaşdığını deyib.

Bayramov əlavə edib ki, nə edəcəyini hələ bilmir: “Hara getməliyəm bilmirəm. Mən onu necə qarşılayım?”.

Xatırladaq ki, dekabrın 25-də səhər saatlarında Bakıdan Qroznıya uçan Azərbaycan Hava Yollarına məxsus təyyarə Qazaxıstanın qərbində, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.

Federal Hava Nəqliyyatı Agentliyinin məlumatına görə, təyyarə quşlarla toqquşduqdan sonra komandir Aktaudakı alternativ aerodroma enməyə qərar verib. İlkin məlumata görə, təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olub. Qazaxıstan Səhiyyə Nazirliyinin məlumatına görə, 28 nəfər sağ qalıb.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Yanvar 2025

03 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR