Onlayn ictimai-siyasi qəzet
ABŞ-da qəzaya uğrayan təyyarənin göyərtəsində fiqurlu konkisürmə üzrə cütlük yarışmasında keçmiş dünya çempionları, Rusiya milli komandasının üzvləri Yevgeniya Şişkova və Vadim Naumov olub.
Musavat.com xəbər verir ki, bu barədə TASS öz mənbəsinə istinadən məlumat yayıb.
İdman agenti Ari Zakaryan bildirib ki, American Airlines-ın təyyarəsində Rusiya fiqurlu konkisürmə məktəbinin nümayəndələri olub. O, onların adlarını çəkməyib, sadəcə olaraq, “yaxşı tanışlar” olduqlarını qeyd edib.
Öz növbəsində amerikalı fiqurlu konkisürən Con Maravilla RİA Novosti-yə bildirib ki, qəzaya uğrayan təyyarənin göyərtəsində məşqçiləri nəzərə almasaq, azı 14 fiqurlu konkisürən olub.
Musavat.com
30 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ