İnsanlara hürriyət, millətlərə istiqlal!

Qətər Türkiyə iqtisadiyyatına 10 milyard dollar investisiya yatıracaq

Qətər hakimiyyəti Türkiyə iqtisadiyyatına ən azı 10 milyard dollar sərmayə qoymaq niyyətindədir ki, bunun bir hissəsini rəsmi Ankara 2022-ci ilin sonuna qədər ala bilər.

“Qətər tərəfindən Türkiyə iqtisadiyyatına yeni yatırımlarla bağlı danışıqlar yekun mərhələyə çatıb. Minimum məbləğ 8 milyard dollar nəzərdə tutulub, lakin bu, 10 milyard dollara da çata bilər”, - yüksək rütbəli Türkiyə rəsmisi deyib.

Onun sözlərinə görə, Qətər və Türkiyənin hakimiyyət orqanları maliyyələşdirmənin svoplar, avrobondlar və ya başqa şəkildə həyata keçirilməsi barədə razılığa gəliblər. Vəsaitin 2-3 milyard dolları bu ilin sonunadək, qalanı isə gələn il Türkiyə tərəfinə veriləcək.//Oxu.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR