İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərbin ikiüzlülüyü Qarabağ məsələsində özünü bir daha göstərdi - Şarl Mişel niyə elə dedi?

Avropa İttifaqı Şurasının sədri Şarl Mişel Euronews telekanalına verdiyi müsahibədə Qarabağda baş verən hadisərlərdən, erməni icmasının Azərbaycandan Ermənistana köçməsindən danışıb.

Aİ Şurasının sədri baş verənlərə görə Rusiyanı qınayaraq deyib: “Vəziyyət aydındır - heç kim bunu Rusiyanın erməni əhalisinə xəyanət etdiyini görməyə bilməz. Rusiya öz əsgərlərinin orada olmasını, sabitlik və təhlükəsizliklə bağlı razılaşmalara zəmanət verməsini istəyib. Biz görürük ki, bu hərbi əməliyyat, orada hərbi mövcudluğu olmayan Avropa İttifaqından fərqli olaraq, hadisə yerində olan Rusiyanın zərrə qədər reaksiyası olmadan başlanıb”.

Qəribədir ki, dünyanın hər yerində Rusiyaya, onun başqa yerlərdə, xüsusilə də separatizm bölgələrində hərbi mövcudluğuna qarşı olan Avropa İttifaqı yalnız RF-nin Qarabağda mövcudluğuna dözümlü yanaşıb və onun erməni icmasını sona qədər dəstəkləməsini, himayə etməsini gözləyib. 

Bu açıqlamadan o da aydın olur ki, dünyanın hər yerində Rusiyaya qarşı olan Aİ yalnız Qarabağda onun mövcudluğuna dözümlü yanaşır.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR