İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərbdən Ermənistana geniş hərbi dəstək: Azərbaycan çox kəskin…

Brüsseldə keçirilmiş ABŞ-Avropa İttifaqı-Ermənistan üçtərəfli görüşü ilə bağlı sənədlərdən birinin ötən gün fotosu yayılıb. Azərbaycan ictimaiyyətində geniş narahatlıq doğuran həmin fotodan görünür ki, üçtərəfli görüşlə bağlı daha əvvəldən verilən açıqlamaların əksinə olaraq, həmin sənəddə həm ABŞ-nin, həm də Avropa İttifaqının Ermənistana geniş hərbi dəstək göstərməsi əks olunub. ABŞ Dövlət Departamenti isə bunu təkzib edib, yayılan sənədin görüntüsünün və orada qeyd edilənlərin dezinformasiya olduğunu bildirib.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə mövzu ilə bağlı Medianews.az-a da deyib ki, bu cür sənədin yayılması Azərbaycanda böyük narahatçılıq doğurur.

 

Millət vəkilinin sözlərinə görə, səsləndirilən bəyanatlardan və üçtərəfli görüşdən sonra mətbuata verilən açıqlamalar ziddiyyət təşkil edir: “Azərbaycan və Ermənistan bu gün sülh müqaviləsi üzərində iş aparırlar. Digər dövlətlərdən, beynəlxalq təşkilatlardan Azərbaycan sülh prosesinə dəstək verilməsini gözləyir. Çox təəssüf ki, bunun əksinə olaraq, bəzi ölkələr birbaşa Ermənistanı silahlandırmaqla Azərbaycan əleyhinə qaldırmağa çalışır. Bəzi ölkələr isə, bu məsələdə ziddiyyətli bəyanatlar verirlər. Azərbaycan bu məsələnin diqqətdə saxlayacaq və özünün ərazi bütövlüyünə, suverenliyinə aid olan bütün məsələlərə çox kəskin reaksiya verəcək”.

Deputat A.Mirzəzadə vurğulayıb ki, Ermənistanın silahlandırılması, müəyyən dairələrin təsiri altına salınması bu ölkənin Azərbaycana və qonşu dövlətlərə qarşı torpaq iddiası iştahasını daha da artıra bilər: “ABŞ tərəfinin rəsmi bəyanatının həqiqət olduğuna inanmaq istəyərdik. Çox istərdik ki, ABŞ bundan sonra verdiyi bəyanata uyğun olaraq, Ermənistana ancaq humanitar yardım və ikitərəfli münasibətlərdən irəli gələn məsələlərlə bağlı köməklik göstərsin. Bu gün Ermənistanın silahlandırılması, müəyyən dairələrin təsiri altına salınması bu ölkənin Azərbaycana və qonşu dövlətlərə qarşı torpaq iddiası iştahasını daha da artıra bilər”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR