İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərb Ukraynaya tələb qoyub? - SENSASİON İDDİA

Almaniya hökuməti Fransa və Britaniya ilə birlikdə Ukraynaya müdafiə paktı imzalamaq müqabilində konkret planlarının olması barədə xəbərləri təkzib edir.

Musavat.com xəbər verir ki, bu barədə “Tagesschau” qəzeti məlumat yayıb.

Qəzet bu informasiyanı Almaniya hökumət nümayəndəsindən aldığını bildirir. Həmin nümayəndənin sözlərinə görə, müttəfiqlər arasında təhlükəsizlik zəmanətləri ilə bağlı müzakirələrə müharibə başlayandan bir neçə həftə sonra start verilib.

“Son aylarda yeni, konkret status olmayıb. Kansler Olaf Şolts və Fransa prezidenti Emmanuel Makronun Ukrayna dövlət başçısı Zelenski ilə son görüşündə bu məsələ gündəmə gəlməyib”, - deyə nümayəndə söyləyib.

Qeyd edək ki, bu həftənin əvvəlində “The Wall Street Journal” Böyük Britaniya, Almaniya və Fransanın Ukraynaya Şimali Atlantika Alyansı ilə yaxınlaşmaq barədə müqavilə təklif etməsi haqda məlumat yayıb. Qəzetin informasiyasına əsasən, bu müqavilə Ukraynaya Qərbin hərbi texnikasına daha geniş çıxış imkanı verəcək. Lakin əvəzində rəsmi Kiyevdən Rusiya ilə sülh danışıqlarının bərpası tələb olunub.

İddialara görə, təklif Ukrayna və NATO arasında müəyyən əməkdaşlıq sazişi bağlanmasını da nəzərdə tutur. Lakin bu, Alyansa üzvlük anlamına gəlməyəcək. Qəzetin yazdığına görə, fevralın əvvəlində Parisdə keçirilən görüşdə Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolts Vladimir Zelenskidən Moskva ilə sülh danışıqlarının mümkünlüyünü nəzərdən keçirmələrini istəyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR