İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərb Rusiyanı Baltik dənizinə çıxışdan məhrum etmək istəyir - Patruşev

Qərb ölkələri Rusiyanı Baltik dənizinə çıxışdan məhrum etməyə və onu NATO-nun “daxili dənizinə” çevirməyə çalışır.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, bunu Rusiya Federasiyası prezidentinin köməkçisi, dəniz kollegiyasının sədri Nikolay Patruşev deyib.

“Qərb bunun üçün yeni yaradılmış NATO ölkələrindən – İsveç və Finlandiyadan istifadə edir”, - o, “İzvestiya”ya müsahibəsində deyib.

Patruşevin sözlərinə görə, qərblilər NATO-nun Montrö konvensiyasına zidd olaraq iştirakını artırmağa hazırlaşdığı Qara dənizdə Rusiyanı buxovlamaq strategiyasını fəal şəkildə həyata keçirirlər.

“Birləşmiş Ştatlar və müttəfiqləri dünya okeanında təsirlərini artırmaq üçün digər beynəlxalq müqavilələrə məhəl qoymur və ya onlara yenidən baxmağa çalışırlar”, - dövlət başçısının köməkçisi vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR