İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərb mediası: Avropa liderləri Trampı axır ki inandıra bildilər

Vaşinqtonda keçirilən sammitin ilk günü Ukrayna üçün gözləniləndən daha əlverişli nəticələrlə yadda qaldı.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Qərbin aparıcı mediası bununla bağlı sevincli xəbərlər tirajlayır.

Avropa ölkələrinin liderləri ABŞ prezidenti Donald Trampı Rusiya prezidenti Vladimir Putinin ultimativ tələblərini qəbul etməməyə razı sala bildilər. Bu addım “Qərb müttəfiqlərinin qələbəsi” kimi qiymətləndirilir.

Qərb mediası sammiti belə qiymətləndirib:

Bloomberg bunu Avropa liderlərinin diplomatik uğuru kimi təqdim edərək qeyd edir ki, onlar Trampı Ukraynanın hesabına sürətli saziş bağlamaqdan çəkindiriblər.

Associated Press Trampın Ukraynaya təhlükəsizlik zəmanətlərini dəstəkləməyə hazır olduğunu, lakin NATO üzvlüyünü qəbul etmədiyini yazır.

The Wall Street Journal Oval kabinetdə Tramp və Zelenski arasında əvvəlkindən daha isti ab-hava yarandığını bildirir.

Reuters görüşdə ciddi irəliləyiş olmadığını, amma fikir ayrılıqlarının davam etdiyini vurğulayır.

The Washington Post isə qeyd edir ki, hazırlanmaqda olan saziş NATO-nun 5-ci maddəsinə bənzər zəmanətlər üzərində qurulur, lakin ərazi güzəştləri riski qalmaqdadır.

Sammitin ilk gününün yekunu belədir: Avropa ölkələrinin diplomatik səyləri nəticəsində Tramp Putinin sərt şərtlərini qəbul etmədi və danışıqlar prosesində Qərbin mövqeyinə daha yaxın bir xətt götürdü.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR