Onlayn ictimai-siyasi qəzet
Baş nazirinn müavini Şahin Mustafayevlə Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın noyabrın 30-da sərhədin hansı hissəsində görüşəcəyi haqda məlumat yayılıb. Ermənistan mediası görüşün Qazax-İcevan (Karvansara) sərhədində baş tutacağını yazır. Görüşdə Azərbaycan-Ermənistan dövlət sərhədinin demarkasiya və delimitasiyası müzakirə olunacaq.
Görüşün Qazax-İcevan sərhədində keçirilməsi təsadüfi deyil. Çünki delimitasiya prosesində Qazaxın işğal altında qalan 7 kəndinin qaytarılması gündəmdədir və sabah keçiriləcək görüşdə də müzakirə ediləcək məsələlərdən biri bu kəndlər olacaq.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
12 Iyul 2025
11 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ