İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayevanı "Milli Qəhrəman" elan etdi: Kıbrıs prezidenti Ersin Tatarın çox anlamlı ZİYARƏTİ

"O, bizim "Milli Qəhrəman"ımız olaraq aramızdan ayrıldı"

Xəbər verdiyimiz kimi, Kıbrıs Türk Dövlətinin prezidenti Ersin Tatar Bakıda səfərdədir.

Musavat.com xəbər verir ki, oktyabrın 14-də səfər çərçivəsində Ersin Tatar xanımı ilə birgə İkinci Fəxri xiyabana gələrək mərhum millət vəkili Qənirə Paşayevanın qəbrini ziyarət edib, ruhuna dualar oxuyub.

TATAR.jpeg (392 KB)

Bununla bağlı Musavat.com-a özəl açıqlama verən Ersin Tatar qeyd edib:

"Qənirə Paşayevanın vəfat etmə xəbərini çox böyük üzüntü ilə izlədik. Son xəstəlik dövrlərində həyatda qalması üçün daima dua etdik. Hətta ailəsi ilə də əlaqə saxladım, Allahdan şəfalar dilədim.

TATAR SON.jpeg (353 KB)

Lakin çox təəssüf ki, onu itirdik. Bir daha Kıbrıs Türk Dövlətinin xalqı adından Qənirə Paşayevaya Allahdan rəhmət diləyir, ailəsinə başsağlığı verir, səbr arzulayıram.

MUSAHİBE YENİ.jpeg (316 KB)

Qənirə Paşayeva çox dəyərli millət vəkili, milliyyətçi, vətənini, Türkiyəni, Quzey Kıbrısı sevən insan idi. Dəfələrlə haqlı mübarizəmizdə yanımızda olub, çox sayda tədbirlərimizdə yaxından iştirak etmişdi.

Gənc yaşda bu dünyada çox böyük izlər qoyaraq getdi. O, bizim "Milli Qəhrəman"ımız olaraq aramızdan ayrıldı. Məkanı cənnət olsun, nur içində yatsın".

Xalidə Gəray,
Elçin Əkbərov,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR