İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayevadan Tərtər işi ilə bağlı təsirli müraciət

Deputat Qənirə Paşayeva Milli Məclisin iclasındakı çıxışında söz alaraq Tərtər hadisələri ilə əlaqədar aparılan istintaq nəticəsində bəraət alanlardan bəhs etdi və vaxtilə hərbçilərimizlə bağlı saxta qərarlar çıxaranları ittiham etdi. Bildirdi ki, günahsız insanlarla bağlı cəsusluq ittihamı ilə qərar çıxaranlar, bu prosesdə iştirak edənlər təkcə o hərbçilərin özlərindən, ailə üzvlərindən deyil, həm də deputatlardan üzr istəməlidirlər. “Hardadır hərbçilərimizə işgəncə verənlər, onları saxta itttihamı qol çəkməyə vadar edənlər?”-deyə, Q.Paşayeva bildirdi.

Deputat qeyd etdi ki, onların törətdiyi əməlləri unutmaq olmaz: “Bu müstəntiqlər yenidən hüquq-mühafizə sistemind çalışacaqsa, Azərbaycan vətəndaşarının məhkəmə sisteminə nə inamı ola bilər? Cənab Prezident bu işi öz nəzarətinə götürdüyü üçün o insanlar haqlarını aldılar”.

Deputat dedi ki, əsgər və zabitlərə işgəncə verənlər televiziya ekranlarından xalqa göstərilməlidir: “Mən şəxsən bu üzrü gözləyirəm. Kimlər ki, mənə cəsusları müdafiə edirsiniz” deyirdilər, çıxsınlar üzr istəsinlər! Biz sadəcə deyirdik ki, bu iş obyektiv araşdırılsın, ailələrin müraciətlərinə baxılsın, çünki onlar deyirdilər bizə nə ettiham verirsiniz, verin, amma bircə cəsus ittihamını dilə gətirməyin! Mən cənab Prezidentdən çox təşəbbüs edirəm və inanıram ki, televiziyalar bəraət alanların hər birinə geniş imkanlar yaradılacaq və onların övladları alnı açıq, üzü ağ məktəblərə gedəcəklər, valideynlər də azca da olsa, rahatlıq tapacaqlar”.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR