İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva İordaniyanın Azərbaycandakı səfiri ilə görüşüb - FOTO

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva səfiri İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri Sami Asem Ğoşeh ilə görüşüb.

Musavat.com xəbər verir ki, görüş bu ölkənin Azərbaycandakı səfirliyində baş tutub.

Səfir İordaniya ilə mədəni əlaqələrin güclənməsinə verdiyi önəmə və töhfələrə görə Komitə sədrinə təşəkkür edib.

Səfir dost ölkələrimiz arasında mədəni əlaqələrin getdikcə daha da artmasının hər iki tərəf üçün faydalı olduğunu vurğulayaraq, İordaniya xalqının Azərbaycana xüsusi münasibət göstərdiyini, ölkəsinin Azərbaycanla əlaqələri daha da dərinləşdirmək niyyətini bildirib. Səfir deyib ki, ki, əməkdaşlığımızın dərinləşməsində parlamentlərin və parlament strukturlarının özünəməxsus rolu vardır. O, Q.Paşayevanı Asiya Parlament Assambleyası sədrinin müavini seçilməsi münasibəti ilə təbrik edib.

Q.Paşayeva görüşə və xoş sözlərə görə səfirə təşəkkür edərək, mədəniyyət sahəsində əlaqələr başda olmaqla ölkələrarası əlaqələrdən söz açıb. Komitə sədri qeyd edib ki, dost ölkələrimiz arasında rəsmi və ictimai institutların xətti ilə baş tutan müxtəlif görüşlər, mədəniyyət, incəsənət xadimlərimizin səmimi əlaqələri sevindiricidir; bununla belə əməkdaşlıq üçün daha böyük potensial vardır.

Komitə sədri Q.Paşayeva Fövqəladə və səlahiyyətli səfir Sami Asem Ğoşehi Azərbaycanla İordaniya arasında diplomatik əlaqələr qurulmasının qarşıdan gələn 30 illiyi münasibəti ilə təbrik edib, uğurlar arzulayıb.

Məmnuniyyətlə vurğulanmışdır ki, ortaq dini, mədəni, mənəvi dəyərləri bölüşən Azərbaycanla İordaniya qarşılıqlı bağların daha da gücləndirilməsində maraqlıdır. Hər iki ölkənin dövlət başçıları arasındakı dostluq, qardaşlıq münasibətləri əməkdaşlığımızın güclənməsi, inkişafı üçün möhkəm zəmin yaratmışdır. – Mədəniyyət sahəsində, o cümlədən siyasi, iqtisadi sahələrdə əlaqələrimiz yüksələn xətlə inkişaf etməkdədir.

Söhbətdə mədəni əlaqələrin bu günü, inkişaf perspektivləri və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Dost ölkələrimiz beynəlxalq təşkilatlar səviyyəsində çox fəal şəkildə işbirliyinə malikdir və səmərəli fəaliyyət göstərirlər.
Səfirlə Milli Məclisin Komitə sədrinin görüşündə qarşılıqlı mədəni əlaqələrin gücləndirilməsi ilə bağlı bir sıra məsələlər müzakirə olunub.

Qeyd edək ki, İordaniya Haşimilər Krallığı Azərbaycan Respublikasının dövlət müstəqilliyini 1991-ci ilin dekabrında tanıyıb. Azərbaycan ilə İordaniya arasında diplomatik əlaqələr 13 fevral 1993-cü ildə yaradılıb. 28 mart 2006-cı ildə Azərbaycanın İordaniyada, 05 may 2007-ci ildə İordaniyanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb.

Musavat.com

8b0d6859-462a-4621-a6d9-73a7e3c3a11a.jpg (77 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR