İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəbul imtahanında topladığı balla qane olmadı: İkinci şansa qatılan Nigar 700 bal yığdı

"Çox şadam ki, məqsədimə çataraq 700 balı topladım".

Musavat.com xəbər verir ki, bu sözləri "report"a açıqlamasında IV ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanında ən yüksək nəticə göstərən Nigar Ağazadə deyib.

O, ilk imtahanda sualın birini yanlış cavablandırmasından çox məyus olduğunu bildirib: "Səhvə görə, birinci imtahandan sonra çox məyus olmuşdum.

Kimisi yenidən imtahan verməyimi, kimisi də verməməyimi deyirdi. Amma düşündüm ki, əgər yenidən imtahan verməsəm peşman ola bilərəm, ona görə də ən yaxşısı şansımı növbəti dəfə sınamaqdır".

Beləliklə, N.Ağazadə növbəti imtahanda iştirak etməsi ilə bağlı qərar verdiyini bildirib.

Onun sözlərinə görə, imtahandan çıxandan sonra sualları yoxlatdırıb və hamısınin düz olduğu məlum olub:

"Doğrusu, o qədər əmin idim ki, elə 700 balı da gözləyirdim. Çox şadam ki, məqsədimə çatdım. Məqsədim isə həkim olmaqdır. Artıq Türkiyədə bəzi universitetlərə müraciət etmişik. Əgər alınarsa, təhsilimi orada davam etdirmək istəyirəm, amma ölkəmizdə seçimim Azərbaycan Tibb Universitetidir".

Qeyd edək ki, 125 nömrəli tam orta məktəbin məzunu olan Nigar Ağazadə imtahanın I mərhələsində 300, ikici mərhələdə 400 toplayaraq ölkə üzrə ən yüksək nəticəni göstərib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR