İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstanda qızılcadan iki körpə ölüb

Qazaxıstanda qızılca xəstəliyi səbəbindən iki körpə ölümü qeydə alınıb.

"Report" Qazaxıstan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə səhiyyə nazirinin müavini Ayjan Esmaqambetova məlumat verib.

"Astana və Şərqi Qazaxıstan vilayətində iki ölüm faktı qeydə alınıb. Körpələr bir yaşa qədərdirlər, yəni peyvənd yaşına çatmayıblar", - o bildirib.

Onun sözlərinə görə, daha 15 uşağın vəziyyəti ağırdır.

Qeyd edək ki, ilin əvvəlindən respublikada rəsmi olaraq 26 815 qızılcaya yoluxma halı qeydə alınıb.

Qazaxıstan Səhiyyə Nazirliyinin məlumatına görə, uzunmüddətli dinamikaya əsasən, bu il ölkədə son on ildə ən böyük qızılca epidemiyası yaşanır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR