İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstanda ordu muzeyindən Nazarbayevin mum fiquru çıxarılıb

Astanada respublikanın ilk prezidenti Nursultan Nazarbayevin mum fiquru Qazaxıstan Silahlı Qüvvələrinin Dövlət Hərbi Tarixi Muzeyindən götürülüb.

Musavat.com xəbər verir ki, bu barədə Tengrinews xəbər agentliyi məlumat yayıb.

Bu qərarın səbəbləri rəsmi olaraq açıqlanmayıb. Jurnalistlər heykəlin altı il əvvəl quraşdırıldığını bildiriblər. Eks-prezidentin mum əksi muzeyin salonlarından birində masa arxasında oturmuş halda nümayiş olunurdu. İndi onun yerində sovet-qazax hərbçisi, Qazaxıstanın ilk müdafiə naziri, Sovet İttifaqı Qəhrəmanı Saqadat Nurmaqambetovun mum fiquru var.

Muzeydən bildirilib ki, Nazarbayevin fiquru fondun anbarında yerləşdirilib.

Qeyd edək ki, son illərdə Qazaxıstanda Nazarbayevlə bağlı bir sıra şəxsiyyətə pərəstiş elementləri aradan götürülür.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR