Onlayn ictimai-siyasi qəzet
Qazaxıstanın seysmik stansiyalar şəbəkəsi avqustun 2-də saat 23:15-də (Bakı vaxtı ilə 22:15) Şərqi Qazaxıstan vilayətində 5,8 bal gücündə zəlzələ qeydə alıb.
“Report” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, zəlzələnin episentri Almatıdan 859 km şimal-şərqdə Qazaxıstan ərazisində (Şərqi Qazaxıstan vilayəti) yerləşib.
Yeraltı təkanlar Ust-Kamenoqorskda iki-üç bal gücündə hiss olunub. Tələfat və dağıntılar barədə məlumat yoxdur.
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ