Onlayn ictimai-siyasi qəzet
“Dost və qardaş Qazaxıstanda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü davam edir. Dünən danışıqlar 4 saat olub, bu gün də sənədlər üzərində iş gedir. Rəsmi məlumatlar az olsa da, adətən, belə uzun görüşlərdə mütləq pozitiv nəticələr olur - ümid var ki, ciddi anlaşmalar olacaq”.
Musavat.com bildirir ki, bu barədə ekspert Natiq Cəfərli bildirib.
Ekspert qeyd edib ki, baş verən bütün maneələrə rəğmən sülh müqaviləsi tezliklə imzalanmalıdır:
“Tezliklə sülh müqaviləsi bağlanmalıdır və bu, Ermənistanda revanşistlərə böyük zərbə olacaq. "Keşiş Qaponu" önə çıxardanların da istəkləri qursağında qalacaq. Regionda sülh üçün əla şərait yaranıb - fürsəti əldən vermək olmaz!”.
Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında mayın 10-11-də Qazaxıstanın Almatı şəhərində danışıqlar aparılıb.
Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib ki, nazirlər delimitasiya üzrə irəliləyişi və bununla bağlı əldə edilmiş razılaşmaları alqışlayıblar.
Nazirlər və onların nümayəndə heyətləri “Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsinin müddəalarının müzakirəsini davam etdiriblər. Tərəflər hələ də fikir ayrılıqlarının mövcud olduğu açıq qalan məsələlər üzrə danışıqları davam etdirməyə razılaşıblar.
Xalidə Gəray
Musavat.com
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ