İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstan XİN: Suriya üzrə danışıqların Astana formatının taleyi sual altındadır

Qazaxıstan Xarici İşlər Nazirliyi (XİN) Suriyadakı vəziyyəti izləyir, lakin hələlik danışıqlarda vasitəçilik təklif etməyə tələsmir.

“Report” Qazaxıstan KİV-lərinə istinadən xəbər verir ki, bunu XİN-in rəsmi nümayəndəsi Aybek Smadiyarov bildirib.

"Astanada Suriya üzrə danışıqlardan bəhs etmək hələ tezdir, biz vəziyyəti izləyirik", - o bildirib.

Qeyd edək ki, Suriyada 2011-ci ildən silahlı münaqişə davam edir. Astana formatı kimi tanınan proses 2017-ci ildən aparılır. Sonuncu danışıqlar 2024-cü ilin dekabrın 7-də Dohada (Qətər) keçirilib.

Xatırladaq ki, noyabrın 27-də Suriya müxalifət silahlı birləşmələri Hələb və İdlib əyalətlərində hökumət qüvvələrinin mövqelərinə genişmiqyaslı hücuma keçib. Dekabrın 7-də axşam saatlarında Suriya prezidenti Bəşər Əsədin əleyhdarları bir neçə böyük şəhəri - Hələb, Həma, Deyr əz-Zor, Dəra və Homsu ələ keçiriblər. Ayın 8-də səhər saatlarında onlar Dəməşqə daxil olublar, bundan sonra Suriya ordusunun bölmələri şəhəri tərk ediblər. Bəşər Əsədin vəzifəsini və ölkəni tərk etdiyi bildirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR