İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstan polisi “Miqrant” əməliyyatı keçirib - 10 min qanun pozucusu müəyyən edilib

Qazaxıstan polisi “Miqrant” əməliyyat-profilaktik tədbiri həyata keçirib, bu zaman miqrasiya qanunvericiliyini pozan 10 minə yaxın şəxs müəyyən edilib,

Musavat.com ölkə mediasına istinadla xəbər verir ki, respublikanın Daxili İşlər Nazirliyinin mətbuat mərkəzinin məlumatına görə, 1240 əcnəbi beş il müddətinə ölkəyə giriş qadağası ilə ölkədən çıxarılıb.

Polisin məlumatına görə, tədbir martın 11-dən 14-dək keçirilib, qaydanı pozanlar arasında ölkədə qalma müddətini keçən 2,5 min əcnəb aşkarlanıb. Daha 2,5 min nəfər isə Qazaxıstanda qeyri-qanuni fəaliyyət göstərib. “Qayda pozanların əksəriyyəti əvvəlki kimi qonşu ölkələrdəndir. Amma əməliyyat zamanı Banqladeş, Misir, İtaliya, Nigeriya və Madaqaskardan olan qeyri-qanuni mühacirlər də müəyyən edilib”, - məlumatda Daxili İşlər Nazirliyinin Miqrasiya Xidməti Komitəsinin sədri Aslan Atalıkovdan sitat gətirilir.

Tədbir zamanı həmçinin əcnəbiləri qonaq edən, lakin polisə xəbər verməyən 2,2 min nəfər, habelə digər dövlətlərin vətəndaşlarını qanunsuz işə götürən 500 işəgötürən 45 milyon tenge (89,6 min ABŞ dolları) məbləğində cərimələnib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Mart 2025

BÜTÜN XƏBƏRLƏR