Onlayn ictimai-siyasi qəzet
Qazaxıstan Fransanın “Rafale” qırıcılarını almağı planlaşdırmır.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Hava Hücumundan Müdafiə Qüvvələrinin baş komandanının silahlanma üzrə müavini Erjan Nildibayev bildirib.
O, jurnalistlərin Fransanın "Dassault Aviation" aviaşirkətinin hazırladığı "Rafale" qırıcılarının Qazaxıstana mümkün tədarükü ilə bağlı sualını cavablandırıb:
"Bu məsələ ilə bağlı heç bir danışıqlar aparılmayıb. Bizim belə planlarımız yoxdur".
Qeyd edək ki, noyabrın əvvəlində “La Tribune” nəşri Qazaxıstan və Özbəkistanın Fransanın “Rafale” qırıcıları ilə maraqlandığını və təyyarələrin tədarükü ilə bağlı mümkün müzakirələrin aparıldığını bildirib.
Nəşr yazır ki, hərbi təyyarələrin tədarükü Fransa prezidenti Emmanuel Makronun noyabrın əvvəlində Astana və Daşkəndə səfəri zamanı müzakirə mövzularından biri olub.
Musavat.com
17 Iyul 2025
16 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ