İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazax rayonunun 4 kəndi geri qaytarılmalıdır - Paşinyan

Baş nazir Nikol Paşinyanın Ermənistanın Tavuş rayonunun sərhəd kəndlərinə səfəri və yerli sakinlərlə görüşdə səsləndirdiyi bəyanatlar sensasiyaya çevrilib.

Paşinyan Əskipara (Voskepar) kəndinin sakinləri qarşısında çıxışında xəbərdarlıq edib ki, Ermənistan tərəfi Azərbaycanla delimitasiya və demarkasiya məsələlərini müzakirə etməkdən imtina etsə, həftənin sonuna qədər yeni müharibə ola bilər.

"İmtina etsək, bu o deməkdir ki, həftənin sonunda müharibə olacaq. Mən bu müharibənin sonunda nə olacağını bilirəm. Sonra Respublika meydanında qarşılaşanda deyəcəksiniz: "Yaxşı, biz adi kəndlilərik, bizim məlumatımız yox idi, amma axı siz hər şeyi bilirdiniz", - deyə Paşinyan bildirib. "O, həmçinin əlavə edib ki, Ermənistan nə isə verirsə belə, əvəzində nə isə tələb edir", - deyə Ermənistan KİV-ləri baş nazirdən sitat gətirir.

Ermənistan Azərbaycanla müharibəyə yol verməməlidir, buna görə "sərhədləri düzəltmək" lazımdır. Paşinyanın sözlərinə görə, Tavuş rayonunda Bağanis kəndindən Tavuş vilayətinin Berkaber kəndinə qədər sərhədin delimitasiyası və demarkasiyası prosesinə başlamaq üçün "real imkan var".

Eyni zamanda, Ermənistan baş naziri hakimiyyətin Tavuşda erməni kəndlərinin mühasirəsini istisna etmək üçün yeni yollar salmağı planlaşdırdığını bildirib.

Xatırladaq ki, hələ 90-cı illərin əvvəllərində (martda) ermənilər Azərbaycan ərazisində 7 kəndi işğal edib. Onlardan 4-ü - Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılağaclı bilavasitə Qazax rayonu ərazisindədir.

Daha 3 kənd - Yuxarı Əskipara, Sofulu və Bərhudarlı Ermənistan əraziləri ilə əhatə olunmuş anklavlardır. Daha bir anklav Ermənistanın Naxçıvanla sərhədində yerləşən Kərki kəndidir. //Turan

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR