İnsanlara hürriyət, millətlərə istiqlal!

Qaz bazarında qiymətlər artdı - SƏBƏB

Bu gün birjalar açılanda Avropada qazın qiymətində sürətli bahalaşma başlayıb.

Musavat.com “Bloomberg”ə istinadən xəbər verir ki, Londonun ICE birjasında qiymətlər 3 faizdən çox artıb.

Niderlanddakı TTF qovşağında noyabr fyuçerslərinin dəyəri 1 min kubmetr üçün təxminən 460,6 dollara qədər bahalaşıb.

Artımın səbəbi İranın İsrailə kütləvi raket hücumudur. Belə ki, “Tasnim” agentliyinin məlumatına görə, İran raketləri İsrailin cənub-qərbində Aşkelon şəhəri yaxınlığındakı qaz platformalarını vurub. Amerikanın “Chevron” (İsrail şelfinin ən böyük oyunçularından biri) şirkətindən bildirilib ki, İsraildəki vəziyyətlə əlaqədar olaraq şirkət ehtiyat tədbiri kimi “Leviafan” və “Tamar” qaz platformalarını müvəqqəti dayandırıb. Lakin platformalarda avadanlıq və işçi heyətinə hər hansı zərər dəyməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR