İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qaynayan ermənilər" buna görə mövqelərimizi atəşə tutur - ŞOK DETALLAR

"Brüsseldə keçirilən danışıqların iki nəticəsi əhəmiyyətli olacaq. Birincisi, yekun sazişin imzalanmasıdır ki, ona nail olmaq mümkün olarsa, üçtərəfli bəyannamədəki çatışmazlıqlar aradan qalxacaq. İkincisi isə Rusiya, Ermənistan və Azərbaycandan kənarda alternativ sülh formatının həyata keçirilməsidir".

Bu sözləri Musavat.com-a Türkiyənin Hacı Bayram Vəli Universitetinin professoru Kürşad Zorlu deyib.

15722763225011726983_1000x669.jpg (303 KB)

Professor bildirib ki, ATƏT-in Minsk qrupu öz funksiyasını və neytrallığını itirib:

"Brüssel prosesi Azərbaycan üçün önəmlidir. Çünki qaz qıtlığı yaşayan Qərbin yaxın illərdə Azərbaycanla əməkdaşlığa ehtiyacı var. Bunun əsasında Azərbaycanın haqlı tezisləri daha qabarıq görünəcək. Burada ən kritik məsələ Rusiya-Türkiyə münasibətlərinin tarazlığı və Türkiyə-Ermənistanın normallaşma addımlarının taleyi olacaq. Yekun razılaşma birdən baş verməyəcək, ancaq onu yaradacaq maddələr mətnin mərhələli şəkildə yaradılmasına imkan verəcək".

b4f115c0-60fa-3ab1-97a1-6e9a202f5dcf_850.jpg (132 KB)

Kürşad Zorlu Ermənistan silahlı qüvvələrinin mövqelərimizi tez-tez atəşə tutmasından da danışıb: 

"Ermənistan tərəfindən Azərbaycan mövqeləri tez-tez atəşə tutulur. Bu, davam edəcək. Çünki meydanda güclənən Azərbaycan Ermənistanın işğalçı siyasəti üçün masa arxasında dözülməz vəziyyət yaradıb. Azərbaycan haqlı olaraq əks-əməliyyata başladı və bəzi mövqelərini geri qaytardı. Laçın dəhlizi ilə bağlı 6-cı maddənin icrası digər maddələrin də bir-birinin ardınca icra olunma ehtimalından xəbər verdiyi üçün Ermənistan bu istiqamətə qarşı çıxır. Ermənilərin təxribat cəhdləri bu səbəbdəndir. Ermənistan üçün 44 günlük müharibənin travması asanlıqla bitməyəcək. Daxildə qaynaşma var və həmişə olduğu kimi, xarici dəstəklə yeni ssenariyə isti baxırlar. Təbii ki, sülh və razılaşmanın tərəfdarı olanlar da var, lakin bunun ölkədə davamlılığı və effektivliyi hələ də şübhə altındadır".

Professor bildirib ki, Ermənistan konvensiyalara riayət etmir:

"Azərbaycan Müdafiə Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) yaydığı məlumata əsasən, Laçında kütləvi şəkildə piyada əleyhinə minalar aşkarlanıb və bu minalar 2021-ci ildə Ermənistanda istehsal olunub.

d80198e6-f45b-36de-bace-d4a0d8867893_850.jpg (73 KB)

Bu durum Ottava müqaviləsinə əsasən qadağandır. Bu qadağaya məhəl qoymayan Ermənistan 1949-cu il Cenevrə Konvensiyasının 1-ci Əlavə Protokolunu pozur. İndiki mərhələdə Ermənistanın bu əməllərinin beynəlxalq təşkilatlar qarşısında və xüsusən də xalq diplomatiyası vasitəsilə yaxşı izah edilməsi vacibdir".

Aytən Novruz
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR