Onlayn ictimai-siyasi qəzet
ABŞ-da qış fırtınasının səbəb olduğu təhlükəli hava şəraiti ölkənin müxtəlif yollarında ciddi qəzaların baş verməsinə səbəb olub.
Musavat.com xəbər verir ki, sosial mediada yayılan görüntülərdə sürücülərin duman və buzlu yollarda idarəetməni itirdiyi anlar əks olunub.
“Instagram” platformasında paylaşım edən Damonte Harris adlı istifadəçi “Winter Nightmare” (Qış Kabusu) başlıqlı videosunda qarlı və buzlu yolda avtomobillərin bir-birinə çırpıldığını göstərir. Görüntülərdən aydın olur ki, iri tonnajlı yük maşınları və minik avtomobilləri təhlükəli vəziyyətə düşüb, bəzi nəqliyyat vasitələri isə idarəetməni tamamilə itirib.
Paylaşımında sürücülərə xəbərdarlıq edən Harris “Hava şəraiti sürməyə uyğun deyilsə, avtomobilinizi park edin! Orada təhlükəsiz olun” - sözləri ilə yolda olan hər kəsi ehtiyatlı olmağa çağırıb.
Qəzanın baş verdiyi bölgədə polis və xilasedicilər iş başındadır. Meteoroloqlar yaxın günlərdə də oxşar hava şəraitinin davam edəcəyini bildirərək sürücüləri ehtiyatlı olmağa çağırıb.
Hazırda bu görüntülər sosial mediada sürətlə yayılır və milyonlarla insan tərəfindən izlənilib.
Musavat.com
11 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ