Onlayn ictimai-siyasi qəzet
İsraillə İran arasında gərginliyin artması fonunda Almaniyada İsrail və yəhudi icması ilə bağlı obyektlərin təhlükəsizliyinin təmin edilməsinə dair tədbirlər gücləndirilib.
Musavat.com xəbər verir ki, bu barədə Almaniyanın kansleri Fridrix Mers bəyan edib.
Onun sözlərinə görə, təhlükəsizlik tədbirlərini Almaniya hüquq-mühafizə orqanları həyata keçirir.
Mers bildirib ki, İsrailin baş naziri Benyamin Netanyahu 11 iyun səhəri onunla əlaqə saxlayaraq İrana qarşı hərbi əməliyyat planları və onun məqsədləri barədə məlumat verib.
Almaniya kansleri həmçinin İsraili son hücumlara görə müdafiə edib:
“İsrailin dövlət kimi mövcudluğunu müdafiə etmək və öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək hüququ var”.
Musavat.com
14 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ