İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarabağın hər yeri gözəldir, amma Xankəndi...” - Əhməd Cavadın nəvəsi

“Nəinki Qarabağın, Azərbaycanın bütün hissələri mənim üçün əzizdir. Xankəndi xüsusilə gözəldir”

Musavat.com xəbər verir ki, bunu hazırda Xankəndidə səfərdə olan Azərbaycanın görkəmli şairi Əhməd Cavadın nəvəsi Anar Axundzadə deyib.

O bildirib ki, işi əlaqədar Xankəndidədir və yaxın günlərdə Bakıya dönəcək:

“Qarabağ çox gözəldir, Xankəndi xüsusilə gözəl şəhərdir. Laçında, Şuşada da oldum. Qarabağın hər yerini gəzəcəyəm. Hər yeri ürəyimə yatır. Bu torpaqlardan gözəl yer yoxdur. Hazırda dövlət işi ilə əlaqədar buradayam. Vaxt tapan kimi Qarabağ Universitetinin tələbələri ilə də görüşəcəyəm”.

Qeyd edək ki, ölkəmizin müstəqilliyi uğrunda mübarizə aparan Əhməd Cavad 1937-ci ildə repressiyanın qurbanı olub.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR