Onlayn ictimai-siyasi qəzet
“Qarabağdakı su ehtiyatlarını öyrənirik. 30 il ərzində bu ərazilər dağıdılıb və struktur tamami ilə dəyişdirilib. Məlumatımız olmayan ərazilərdə əlaqədar xidmətlərlə birlikdə həmin yerlərin su mənbələrinin balansının çıxarılması, araşdırılması icra olunur”.
Musavat.com xəbər verir ki, bunu Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən İri Şəhərlərin Su Təchizatı Xidmətinin İdarə Heyətinin sədrinin müşaviri Aydın Abbasov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Qarabağda dövlət proqramına uyğun olaraq 11 yeni su anbarının tikintisi həyata keçirilir.
“İlkin olaraq Qarabağ zonasından aran və digər rayonlara, həmçinin Bakıya yeni su xəttinin çəkilməsi layihələri icra olunur. Şuşada, Laçında, Xocalıda, Xankəndidə tam mərkəzləşmiş qaydada, təhlükəsizlik təmin olunmaqla yüksək keyfiyyətli su verilir”.
Şahanə Rəhimli
Musavat.com
25 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ